Qurban Qurbanov: "Bunu ispanlar bağışlamayacaq"

Qurban Qurbanov: "Bunu ispanlar bağışlamayacaq"

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində evdə "Neftçi”nin 2:0 məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

 

 

 

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Futbolçularımı təbrik edirəm. Sevindiricidir ki, uzun fasilədən sonra da formalarını qoruyublar. İstəkli idilər.

 

-"Sevilya” ilə oyun öncəsi komandanızdan nə dərəcədə razı qaldınız? -Vaxt keçdikcə, futbolçularımız bir qədər ritmdən düşürdülər. "Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq. Top itkisinə o futbolçular yol verirdilər ki, buna yol verməməlidilər. Düzdü, "Neftçi” də pis pressinq etmirdi.

 

-Beqoviçin durumundan razısınızmı? -Bu gün yaxşı idi. Ancaq 3-4 aydı oyun praktikasından məhrum olub. Hər bir halda belə oyunlarda bizə fayda verəcək.

 

- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin Avropa Liqasında debüt etmə şansları nə dərəcədədi? -İndidən proqnoz vermək çətindi. Ancaq birdən-birə belə oyunlara atmaq onu "yandıra” bilər.

 

-Ayltonun aqressiyası nə ilə bağlı idi? -Bu, məni də narahat edir. Bu aqressiya komandaya da, özünə də mane ola bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər