Qurban Qurbanov: “Belə oyunlarda da nəticəyə oynamaq önəmlidi"

Qurban Qurbanov: “Belə oyunlarda da nəticəyə oynamaq önəmlidi"
"İlk yoxlama matçımız idi. Bu gün futbolçulardan çox şey tələb edə bilməzdik”.
Fanat.Az xəbər verir ki, bunu Ağdamın "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
48 yaşlı mütəxəssis Türkiyə toplanışı çərçivəsində keçirilən "Akademika Kilinçeni” (Rumıniya) ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb: "Bu gün Antalyadakı təlim-məşq toplanışının ilk mikrotsiklinin son günü idi. Bu oyunla həmin mərhələni başa vurduq. Futbolçuların yorğun olmalarına baxmayaraq, hər şey qaydasında oldu. Amma həm rəqib, həm də biz sürətli oyun nümayiş etdirdik, yaxşı mübarizə oldu. Belə oyunlarda da nəticəyə oynamaq önəmlidir. 1:2 hesabı ilə geri düşsək də, son dəqiqələrdə futbolçular qol vurmağa çox istəkli idilər və bunu da bacardılar. Bu matç hazırlığın ilk hissəsi idi. Hələ qarşıda hazırlığın ikinci hissəsi qalıb. Sonra isə bizi çempionat oyunları gözləyir”.
Qeyd edək ki, "Qarabağ”ın Antalyadakı ilk yoxlama oyunu 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər