Qurban Qurbanov Arazı əvəzedici komandaya göndərdi

Qurban Qurbanov Arazı əvəzedici komandaya göndərdi

Araz Abdullayev "Qarabağ”ın əvəzedici komandasına göndərilib.

 

Fanat.Az xəbər verir ki, millinin vingeri bu gün Birinci Divizionun 16-cı turu çərçivəsində "Şüvəlan”la səfər oyununda (3:1) meydanda olub.

Konqolu hücumçu Con Delarj da ötən aydan baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandada oynayır. Ümidləri doğrultmayan Delarjın durumu bəllidi. Müqaviləsinin müddəti başa çatana və ya özünə başqa iş yeri tapana qədər əvəzedici komandada top qovacaq. Araza gəlincə, bizdə olan məlumata görə baş məşqçinin istəyinə əsasən "dubl”da top qovub. Məsələyə qayıdacağıq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər