"Üzümə tüpürən azarkeşdən şikayətim yoxdu"

"Üzümə tüpürən azarkeşdən şikayətim yoxdu"

"Fənərbaxça"nın basketbol komandasının məşqçisi Zeljko Obradoviç onun üzünə tüpürən azarkeşi bağışlayıb. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis azarkeşin səhv etdiyini anladığına inandığını bildirib. 

Sitat: "Gənc azarkeşin ötən günlər ərzində səhvini anladığına şübhəm yoxdu. Onunla məhkəmədə görüşmək, polisə şikayət etmək istəmirəm. Səhv etmək insana məxsusdu. Bəzən azarkeşlər daha böyük səhvlər edir. İnanıram ki, səhvini anlayıb, ən əsası hər kəs bu səhvdən özü üçün dərs çıxarıb".

Xatırladaq ki, Obradoviç "Qalatasaray"la derbi qarşılaşmasından sonra rəqib çalışdırıcının əlini sıxmaq üçün qarşı düşərgəyə tərəf gedərkən "sarı-qırmızı" tərəftarların yer aldığı tribunadan bir nəfər onun üzünə tüpürmüşdü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər