"Yenilgimizə sevinənlərin hamısını təbrik edirəm. Bizim üçün çox ağır matç oldu". Fanat.Az xəbər verir ki, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 0:1 hesabıyla uduzan (ağdamlılar Bakıdakı ilk dueldə 5 cavabsız qola sevinmişdi) Gürcüstan çempionu mübarizəni dayandırmaq məcburiyyətində qalıb. İki oyuna 6 top buraxan komandanın çalışdırıcısı matçın ardından düzənlənən ənənəvi mətbuat konfransında narazılığını gizlətməyib:
"Futbolçularımın ortaya qoyduğu oyundan narazı qaldım. Komandamdan daha yaxşı mübarizə gözləyirdim. "Qarabağ"ın güclü olduğunu öncədən bilirdik. Sübut olundu ki, bu səviyyədə rəqiblərə qarşı oynamağa hazır deyilik. İki oyuna bir qol belə vura bilməməyimiz də reallıqdı. Hər iki görüşdə lazımsız səhvlərə yol verdik ”.
Fanat.Az