"Yalnız ona yox, hamıya çətindi"- AÇIQLAMA

"Yalnız ona yox, hamıya çətindi"- AÇIQLAMA

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola daha çox ehtiyatda saxladığı Serxio Aqueronun durumuna şərh verib. Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı son vaxtlar meydandakı yerini Qabriel Jesusa buraxan Aqueroya əvəzləyici gözüylə baxdığını gizlətməyib:

“Tək ona yox, ehtiyatda qalan bütün futbolçulara çətindi. Mənim üçün bütün futbolçular eynidi. Aquero “Suonsi Siti”ylə matçda zədələnən Jezusu əvəzlədi, “Bornmut”la oyunda qol vuraraq, qələbədə pay sahibi oldu. Lazım gələndə xidmətindən istifadə edəcəyik. İki belə hücumçumuzun olması yaxşı haldı. İndiki rəqabətlə daha güclüyük”.

Qeyd edək ki, Jezus ciddi zədə alıb. İlkin müayinələrə görə argentinalını heyətdən sıxışdıran forvard 2-3 ay oynamayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər