"Xəzər Lənkəran"ın qol vəziyyəti yaratmasını xatırlamıram"

"Xəzər Lənkəran"ın qol vəziyyəti yaratmasını xatırlamıram"

Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” - “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın məşqçisi Mixaylo Savkanın iştirakı ilə mətbuat konfransı keçirilib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları deyib:

“Qələbə qazandığımız üçün sevinirik. İlk yarıda hesabı artırmaq üçün xeyli qol imkanı da yaratdıq. Çempionatın sonunda bütün komandalar xal hesabını artırmaq istəyir. Bu üzdən hər oyun çətin olur. Nəticədən razı qaldıq. İlk yarıda imkanlardan istifadə etsəydik, hesabı artırıb, oyunu sakit tərzdə sona çatdıra bilərdik. Lakin bir az uğur çatmadı ki, imkanı qola çevirək. Deməzdim ki, qələbəni çətinliklə əldə etdik. İlk yarıda əldə etdiyimiz 3-4 qol imkanından yararlansaydıq, matçın taleyini fasiləyədək həll etmiş olardıq. “Xəzər Lənkəran”ın isə qapımız önündə real qol vəziyyəti yaratdığını xatırlamıram”.

Qeyd edək ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Rəvan"la XXX turun oyunu zamanı texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalandırılıb, klub 1000 manat cərimə olunub. Bu səbəbdən komandanı "Xəzər Lənkəran"la oyuna Mixaylo Savka çıxarıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər