"Xəzər Lənkəran" rəhbərliyi Kamran Abdullazadə ilə bağlı yeni qərar qəbul edib. Fanat.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl transferə çıxarılan 20 yaşlı yarımmüdafiəçi komandaya qaytarılıb.
Amma əsas yox, əvəzedici komandaya. Belə ki, müqavilə ilə kluba məxsus olan futbolçuya məşq etmək üçün şərait yaradılıb. O, sabahdan əvəzedici heyətlə məşqlərə başlayaraq formasını qorumağa çalışacaq. Kamranın yenidən əsas komandaya qayıdıb-qayıtmamasına gəlincə, bu məsələyə gələcəkdə baxılacaq.
Fanat.az