Joze Mourinyo və Arsen Venger arasındakı gərginlik İngiltərədə yenidən gündəmə gəlib. Fanat.Az xəbər verir ki, bu məsələ yenidən mübarizə mövzusuna çevrilib.
İki mütəxəssis arasında gərginlik 2014-cü ildəki "Arsenal" - "Çelsi" matçında yaranmışdı. Həmin matçda Hari Kahillin Aleks Sançesi yerə yığmasından sonra Venger birincinin meydandan qovulmalı olduğunu bildirmək üçün meydanın kənarına gəlmiş, Mourinyo ona yerinə keçməsi yönündə işarə edincə ara qarışmışdı.
Bu gündərdə ingilis jurnalist Mourinyo haqqında yazdığı kitabda ikili arasındakı davaya da toxunub. Yazar qeyd edib ki, Mourinyo Vengerin "Çelsi" Matanı satmaqla səhv etdi" sözlərinə çox əsəbləşib. Hətta portuqaliyalı mütəxəssis "Bir gün Vengeri meydandan kənarda tutub sifətini dağıdacam" deyib.
Fanat.Az