“Oynadığımız komanda da Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Qarşı tərəf hazırlığa bizdən öncə başlamışdı”. Fanat.Az xəbər verir ki, bu sözləri “Utrext”in baş məşqçisi Erik ten Haq deyib.
“Qəbələ” Avstriyadakı təlim məşq toplanışı çərçivəsindəki son görüşündə “Utrext”i 1:0 hesabıyla yenib. Oyunun ardından
Eredivizia klubunun rəsmi saytına danışan çalışdırıcı məğlubiyyəti şərh edib: “Havanın temperaturunun 28 dərəcə və nəmli olmasına baxmayaraq, meydanda rəqibdən daha yaxşı göründük. Təəssüf ki ağlagəlməz qol buraxıb uduzduq. Futbolçularıma iradım yoxdu. Narazı qaldığım məqam oyunun nəticəsidi”.
Fanat.Az