"Uduzmusansa, çox danışmaq münasib deyil" - Tino Peres

"Uduzmusansa, çox danışmaq münasib deyil" - Tino Peres

“İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm”. Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Tino Peres “AVRO-2016”nın 1/4 finalında Rusiyaya uduzduqları oyundan (2:6) sonra deyib.

İspaniyalı mütəxəssis turnirlə vidalaşdıqları oyunu belə şərh edub: “Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər