"Top itkilərimizin sayı çox oldu"- Qurban Qurbanov

"Top itkilərimizin sayı çox oldu"- Qurban Qurbanov

“Cavab oyununun çətin olacağını öncədən demişdim. Çatışmazlıqlarımız çoxdu və bunu oyundan-oyuna yoluna qoymalıyıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Gürcüstan çempionu “Samtredia”nı 1:0 hesabıyla üstələyən "köhlən atlar"  3-cü mərhələyə yüksəlib. Matçdan sonra düzənlənən ənənəvi mətbuat konfransında azərbaycanlı mütəxəssis görüş haqda fikirlərini bölüşüb:

"Samtredia" öz meydanında uduzmaq istəmirdi. Sonadək mübarizə aparacaqlarını bilirdik. Hava isti olduğuna görə daha çox güc sərf etdik. Top itkilərimizin sayı çox oldu. Amma uşaqlardan narazı deyiləm. Bacardıqlarını əsirgəmədilər. "Şerif" yoxsa "Kukesi"? Cavab verməyə çətinlik çəkirəm. Güclü olan qələbə qazansın. Biz daha çox öz oyunumuz barədə düşünməliyik".

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər