"Təəssüf ki, istəyimizə çata bilmədik, amma..." - Murat Yakın

"Təəssüf ki, istəyimizə çata bilmədik, amma..." - Murat Yakın

İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyaya qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, türk əsilli mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, istəyimizə çata bilmədik, amma 1/8 finala vəsiqə qazandıq. Buna görə sevinirik. Qarşıdakı oyuna hazırlaşacağıq. Bir həftə vaxtımız var".

Qeyd edək ki, A qrupunu 5 xalla tamamlayan İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər