"Qeyri-müəyyənlik mənfi haldı. Komandadan getmək istəyirəm". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in hücumçusu Rauf Əliyev deyib.
Klubdakı maliyyə problemləri 2016/17 mövsümünün 2 bombardirindən birinin səbr kasasını daşırıb: "Futbolçu bütün diqqətini məşqlərə, oyunlara yönəltməlidi. Bizdə məlum səbəbdən durum fərqlidi. Hələ klub prezidenti Zaur Axundovla bu barədə danışmamışıq. Amma baş məşqçimizin xəbəri var. Zaur Svanadzeylə söhbətimiz olub".
Fanat.Az