"Sumqayıt" milli üzvünü heyətinə qatdı - RƏSMİ

"Sumqayıt" milli üzvünü heyətinə qatdı - RƏSMİ

"Sumqayıt" klubu son iş yeri Fransa "Qrenobl"u olan Mamadi Banqreni transfer edib.

Fanat.Az xəbər verir ki, məlumatı "kimyaçılar"ın mətbuat xidməti yayıb.

Cinah hücumçusu ilə 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Pau" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər