"Subotiç məni vurmuşdu"- AÇIQLAMA

"Subotiç məni vurmuşdu"- AÇIQLAMA

“Əlbəttə ki, qalib gəlmək istəyirdik. Ancaq istəyimizə çatmadıq”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Qarayev  “Qəbələ”yə 0:2 hesabıyla uduzduqları oyunun gedişində meydan sahiblərinin forvardı Daniel Subotiçlə arasında yaşanan insidentə də aydınlıq gətirib: “O, məni vurmuşdu. Səbəbini soruşanda boyumun balaca olduğunu dedi. Mən də bu amilin səbəb sayılmadığını bildirdim. Oyunda belə hallar olur. Artıq hər şey geridə qalıb”.

Dayaq yarımmüdafiəçisi daha sonra əlavə edib: “Ab-hava ürəkaçan idi. Belə oyunların sayı çox olmalıdı. Artıq turnir cədvəlində lider deyilik. Ancaq vəziyyəti dəyişmək üçün kifayət qədər vaxtımız var. Qarşıdakı turlarda daha yaxşı oynamalı, məqsədimizə doğru irəliləməliyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər