"İbanez, Suk və Ramil Şeydayevdən gözlədiyimiz performansı ala bilmədik". Fanat.Az xəbər verir ki, bu sözləri "Trabzonspor"un baş məşqçisi Ersun Yanal deyib.
"Trabzonspor" Super Liqanın XVI turunda "Fənərbaxça"nı qəbul edib və 0:3 hesabı ilə uduzub. Ersun Yanal Ramilin adını "18-liy"yə daxil etməyib.
Baş məşqçi oyundan sonra İbanez, Suk və Ramil Şeydayevin komandadan göndərilməsi ilə bağlı suala cavab verib: "Onlardan gözlədiyimiz pperformansı ala bilmədik. Bir oyunçumuz çox gənc, digər ikisi komandaya xeyir vermədi. Oyunçu almaq laxımdı ki, şeyəti dəyişdirək. Doğru zamanda doğru həmləni edib doğru futbolçular almalıyıq".
Fanat.Az