"Şeydayev mənə lazımdı"- Kiryakov

"Şeydayev mənə lazımdı"- Kiryakov

Tula “Arsenal”ının baş məşqçisi Sergey Kiryakov iki azərbaycanlı futbolçuyla maraqlanır. Fanat.Az Rusiya mənbələrinə istinadən xəbər verir ki, onlardan biri “Trabzonspor”a lazım olmayan Ramil Şeydayevdi.

 

Şeydayevin keçidi yalnız tərəflər maddi baxımdan razılaşmayacağı halda, alınmaya bilər. Kiryakovun köməkçilərindən birinə “Şeydayev mənə lazımdı, yarayar” dediyini iddia edən həmkarlarımız Ramilin geri dönəcəyini qabardıb.

Tula təmsilçisinə Vaqif Cavadovun (futbolçu özü də danışıq apardıqlarını təsdiqləyib) da xidməti təklif olunub.

 “Arsenal” Premyer Liqada 17 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb. 16 komandanın iştirakıyla keçirilən Rusiya çempionatında fasilədi və transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər