"Sevincimin həddi-hüdudu yox idi" - Budaq Nəsirov

"Sevincimin həddi-hüdudu yox idi" - Budaq Nəsirov

Portuqaliya "Sportinq"inə keçən Budaq Nəsirov fikirlərini bildirib. Fanat.az xəbər verir ki, klubun rəsmi saytına danışan futbolçumuz bu sözləri deyib: 

"Burada olduğum üçün çox xoşbəxtəm. "Sportinq"in məhz məni seçməsi faktını və burada mənə daim dəstək olmalarını yüksək qiymətləndirirəm. Menecerim bir neçə variantı nəzərdən keçirirdi. Mənə bu variantı dedikdə, sevincimin həddi-hüdudu yox idi. Çünki "Sportinq" Avropanın ən yaxşı klublarındandı. Tez bir zamanda portuqal dilində danışmağı öyrənəcəm. Meydana çıxanda öz keyfiyyətlərimi göstərməyə üstünlük verirəm. Məni tanımayan insanlar məşqlərdə, oyunlarda necə çalışdığıma baxa bilərlər. Əminliklə deyə bilərəm ki, meydanda həmişə maksimum gücümdən istifadə edirəm. Həm məşqlərdə, həm yoldaşlıq görüşlərində, həm də rəsmi matçlarda ürəyimi qoyuram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər