"Şapokoense"nin stadionunda ən acı gün - FOTOLAR

"Şapokoense"nin stadionunda ən acı gün - FOTOLAR

Kolumbiyada təyyarə qəzasında həlak olan "Şapokoense"nin futbolçuları və texniki heyət üzvləri son mənzilə yola salınıb. Fanat.Az xəbər verir ki, Şapokoedəki stadionda keçrilən vida mərasiminə Braziliya prezidenti Mişel Temer və FIFA prezidenti Canni İnfantino də qatılıb.

Futbolçuların cənazələri stadiona hərbiçilərin çiyinlərində daxil olub. Onminlərlə insan şiddətli yağışa rəğmən vida mərasimində iştirak edib. 

Stadiondakı yas çadırının üzərinə klubun marşından bir bölüm yazılıb: "Xoşbəxtlikdə və çətin zamanlarda. Siz həmişə qazandınız".

"Şapokoense"nin prezident müavini İvan Tozzo mərasimdəki çıxışında "Bu meydan komandanın gözəl davasını apardığı məkandı. Bu komanda bizə hər şeyin mümkün olduğunu göstərdi. Hamımız "Şapokoense"yik" deyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər