Olimpiya oyunlarının tarixində ilk dəfə olaraq idmançı nikah təklifini arenada qəbul edib. Lakin "ilk" bununla bitmir.
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunlarında qadın qadına evlənmə təklifi edib.
Olimpiadada volonytor olan 28 yaşlı Markori Eniya sevgilisi İsadora Serulloya evlənməyi təklif edib.
25 yaşlı İ.Serullo Braziliyanın qadınlardan ibarət reqbi komandasının oyunçusudur. Komanda qrup 9-cu yerlə kifayətlənərək final mərhələsinə çıxa bilməyib.
M.Eniya sevgilisinə elə arenada evlənmə təklifi edib. İsadora Serullo da təklifi qəbul edib.
"Bu təkliflə bağlı qərarı hələ Olimpiadadan əvvəl qəbul etmişdim. Amma indi səsləndirdim ki, qoy hamı görsün - eşq hər şeyə qalib gəlir", - Markori Enya deyib.
Braziliyada eyni cinsdən olan şəxslər arasında nikahlar 2003-cü ildə qanuniləşib.
Olimpiya Oyunlarında mübarizə aparan idmançılara gəldikdə isə onların arasında 11 homoseksual, 33 lezbiyan var. (milli.az)
Fanat.Az