"Rio-2016": Səbinə mübarizəni erkən dayandırdı

"Rio-2016": Səbinə mübarizəni erkən dayandırdı

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. Fanat.Az xəbər verir ki, qılıncoynatma yarışlarının sablya növündə Səbinə Mikina ilk görüşdə tunisli Azza Besbeslə üz-üzə gəlib.

Təəssüf ki, təmsilçimiz ümidləri doğrultmayıb. Həmyerlimiz 12:15 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

Qeyd edək ki, Səbinə Mikina "Pekin-2008"in 7-cisi, "London-2012"nin 9-cusu olmuşdu. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər