"Rio-2016": İnna Osipenko-Radomskaya sonuncu oldu

"Rio-2016": İnna Osipenko-Radomskaya sonuncu oldu
Bu gün Rio Olimpiadasında daha avarçəkənimiz finalda mübarizə aparıb. Fanat.Az xəbər verir ki, İnna Osipenko-Radomskaya həlledici mərhələdə sonuncu olub.
İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışıb. Lakin o, bunu bacarmayıb. Final mərhələsində Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Dalma Ruziçiç Benedek (Serbiya) ilə mübarizə aparan təmsilçimiz finiş xəttini sonuncu keçib.
 
1 dəqiqə, 56,573 saniyə nəticə göstərən Osipenko-Radomskaya çempion Kozakdan 4,079 saniyə geri qalıb. Gümüş medalı Yorqensen, bürüncü isə 200 m məsafəyə yürüşdə birinci olan Karrinqton qazanıb.
 
Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşıb. Yarışda Aleksandr Aleksandrov - Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafə yarışlarında Valentin Demyanenko gümüş, 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafə yürüşdə İnna Osipenko-Radomskaya bürünc medal qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər