"Qriqorçuk oyundan sonra dedi ki..." - Filip Ozobiç

"Qriqorçuk oyundan sonra dedi ki..." - Filip Ozobiç

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının IV turu çərçivəsində “Sent-Etyen”ə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Heyif ki, bu şəkildə uduzduq. Bu gün yaxşı oynadıq. Sadəcə olaraq, 2 səhv etdik, onlar da qol oldu. 

- Məğlubiyyətdə həlledici nə oldu: baş hakimin Roman Qriqorçuku texniki zonadan uzaqlaşdırılması, yoxsa Dmitri Bezotosnının səhv? 

- Hakim barədə danışmaq istəmirəm.  Bir daha deyirəm, yaxşı oynadıq. Ancaq nəticə istədiyimiz kimi olmadı. Təəssüf!

- Sizin uzaq məsafələrdən yaxşı zərbələriniz var. Lakin bu gün həmin bacarığınızdan yararlana bilmədiniz...

- Bəli, bir neçə epizodda çərçivəyə düşə bilmədim. 

- Baqali Dabosuz irəlidə oynamaq çətindir?

- Əlbəttə, çətindir. Bizim yaxşı oyunçularımız var. Zədələr işimizə mane olur.

- İlk 4 oyunun hamısında uduzacağınızı güman edirdiniz?

- Təbii ki, biz də yaxşı nəticə qazanmaq istərdik. Ancaq belə alındı.

- Roman Qriqorçuk oyundan sonra nə dedi?

- Dedi ki, afərin, üzülmək lazım deyil, bizim 3 gündən sonra oyunumuz var.

- Qarşıda “Anderlext” və “Maynts”la oyunlar var. Bu barədə nə deyə bilərsiniz?

- Çalışacağıq ki, yaxşı nəticə əldə edək.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər