"Qələbəyə baxmayaraq, oyun bizim üçün çətin keçdi" - Yulian Nagelsmann

"Qələbəyə baxmayaraq, oyun bizim üçün çətin keçdi" - Yulian Nagelsmann

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Macarıstan üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Qələbəyə baxmayaraq, oyun bizim üçün çətin keçdi. Matçın gedişində təmkinli davranmalı olduğumuz anlar yaşandı. Belə hallarla üzləşəndə daha da böyüyürsən. Məqsədimiz sabitliyi qorumaqdır. Rəqib bəzi vaxtlarda bizə narahatlıqlar yaradırdı. Qalib gəlmək istəyirdik və istəyimizi həyata keçirə bildik".

Qeyd edək ki, A qrupunda keçirdiyi ilk görüşdə Şotlandiyanı 5:1 hesabı ilə yenən "bundestim" Macarıstan üzərində qələbə sayəsində adını 1/8 finala yazdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər