"Qələbə qazanmağımız yaxşı oldu" - Zaur Svanadze

"Qələbə qazanmağımız yaxşı oldu" - Zaur Svanadze

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu səfərdə keçirən "İnter"in baş məşqçisi Zaur Svanadze "Hafnarfyordur"la (İslandiya) oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis 2:1 hesablı qələbə ilə bağlı bunları deyib: 

"Gərgin və çətin oyun keçdi. Buna görə də qələbə qazanmağımız yaxşı oldu. Cavab matçına daha yaxşı hazırlaşmalıyıq. Əlimizə düşən qol imkanlarından düzgün istifadə etməliyik. Fikrimcə, Bakıda keçiriləcək oyun daha çətin olacaq. Biz də öz planlarımızı buna uyğun quracağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər