"Payız turniri" başa çatıb

"Payız turniri" başa çatıb

AFFA-nın və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə "Payız turniri" başa çatıb. Fanat.az xəbər verir ki, turnirin qalibi “Şimşək” komandası olub. 

İkinci yeri “Birlik”, üçüncü pilləni isə “Zirvə” tutub.

 

“Birlik” komandasının üzvü Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər