"Onunla işləmək xoşuma gəldi" - Mudrik nəyə ümid edir?

"Onunla işləmək xoşuma gəldi" - Mudrik nəyə ümid edir?

"Çelsi"nin vingeri Mixail Mudrik komandanın yeni baş məşqçisi Entso Mareska barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı futbolçunun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:

"Onunla işləmək xoşuma gəldi. Entsonun oyun üslubu mənə kömək edəcək. Yeni mövsümdə necə oynayacağımızı görmək maraqlı olacaq. Ümid edirəm ki, uğur qazanacağıq. Doğru yolda olduğumuza inanmalı və oyunlardan zövq almalıyıq".

Xatırladaq ki, Mudrik "Çelsi"yə 2023-cü ilin yanvarında, 70 milyon avro qarşılığında "Şaxtyor"dan transfer edilib. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm London təmsilçisinin forması ilə 41 matça çıxan Mixail 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər