Türkiyənin "Adana Dəmirspor" klubundan ayrıldıqdan sonra bu ilin iyul ayından azad agent statusu daşıyan italiyalı hücumçu Mario Balotelli yeni iş yeri axtarışındadır. Fanat.Az xəbər verir ki, "İnter", "Mançester Siti", "Milan", "Liverpul" kimi nəhəng klubların şərəfini qorumuş 34 yaşlı forvard tezliklə yeni klubunun adını açıqlayacağını bildirib. O, bu barədə yerli KİV-ə belə deyib. Tez-tez futboldankənar davranışları ilə də gündəmə gələn Balotelli jurnalistlərdən də gileylənib: "Mediada haqqımda çoxlu uydurma yazırlar. Müşahidə edirəm ki, son vaxtlar haqqımda söz-söhbətlər əvvəlkindən də çox uydurulur. Qəzetlər, jurnallar, qeybətçilər boşboğazlıq etməyə davam edirlər. Bəzən onların heç bir işi olmayanda mən yada düşürəm. Narahat olmayın, çox yaxında mətbuatla danışacam və hər şeyi açıb-tökəcəyəm. İndi isə mənim üçün əsas olan məşq etmək və sakit qalmaqdır. Mən bir neçə təklif almışam və mənim üçün ən uyğun olanını axtarıram" Balotelli ötən mövsüm 16 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Mirağa
"Onların heç bir işi olmayanda mən yadlarına düşürəm" - Balotelli od püskürdü
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
13:58
23.10.2026
"Bu futbolçular eqoistdirlər" - Runi MY-nin oyunçularını tənqid etdi
Dünya futbolu
13:40
23.10.2026
“Beşiktaş”a ehtiyatdan gələn xal
Dünya futbolu
12:44
23.10.2026
Barış Alper Yılmaz derbidə oynamayacaq?
Dünya futbolu
12:25
23.10.2026
Harri Keyn Yamalı qabaqlayaraq bu mükafata sahib çıxdı