I divizionda I dövrəyə yekun vurulub. Fanat.az хəbər verir ki, bir oyunu dekabrın 8-də keçirilən XIII turun qalan 6 matçı dünən baş tutub.
Dekabrın 8-də keçirilən oyunda "Bakılı" "Bakı"nı qəbul etmiş və 2:1 hesablı qələbə qazanmışdı.
Ötən gün "Neftçala" "Mil-Muğan"ı 1:0 hesabı ilə yenərək yenidən birinci pilləyə yüksəlib. Bununla da qış fasiləsinə lider kimi yollanıb. "Qaradağ Lökbatan" evdə "Ağsu"ya qalib gələ bilməyib - 3:3. "Şəmkir" səfərdə MOİK-ə 1:2 hesabı ilə uduzub.
"Zaqatala" səfərdə "Turan Tovuz"u 1:0, "Şərurspor" "Şahdağ"ı 5:1 hesabı ilə udub. "Göyəzən" - "Energetik" görüşündə qalib müəyyənləşməyib - 0:0.
I divizion
2015/16 mövsümü
I dövrə, XIII tur
8 dekabr
Bakılı - Bakı 3:1
Qollar: Ramil Həşimzadə, 32; 44. Ülvi Quliyev, 45+1 - Valeh Seyidov, 65.
18 dekabr
MOİK - Şəmkir 2:1
Qollar: Kərim Əliyev, 63. Pərvin Paşayev, 84-pen - İlham Allahverdiyev, 35.
Qaradağ Lökbatan - Ağsu 3:3
Qollar: Rüfət Məmmədov, 55. Əliqulu Mənəfov, 86. Abdulla Zilpukarov, 88 - Elnur Səmədov, 19; 31; 47.
Göyəzən - Energetik 0:0
Neftçala - Mil-Muğan 1:0
Qol: Cəmil Rəhimli, 88.
Turan Tovuz - Zaqatala 0:1
Qol: Oruc Balaşlı, 78.
Şərurspor - Şahdağ 5:1
Qollar: Samir Abdulov, 22; 68. Coşqun Süleymanov, 83. Rəhman Musayev, 30. Elməddin Hüseynzadə, 89 - Faik Ağarəhimov, 45.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 13 | 11 | 1 | 1 | 37:7 | 34 | |
| 2 | Qaradağ L | 13 | 10 | 2 | 1 | 33:14 | 32 | |
| 3 | Şəmkir | 13 | 6 | 4 | 3 | 16:10 | 22 | |
| 4 | Ağsu | 13 | 6 | 4 | 3 | 24:14 | 22 | |
| 5 | Bakılı | 13 | 6 | 2 | 5 | 21:21 | 20 | |
| 6 | Bakı | 13 | 6 | 2 | 5 | 17:17 | 20 | |
| 7 | MOİK | 13 | 5 | 3 | 5 | 16:16 | 18 | |
| 8 | Mil-Muğan | 13 | 4 | 6 | 3 | 18:11 | 18 | |
| 9 | Zaqatala | 13 | 4 | 4 | 5 | 17:18 | 16 | |
| 10 | Şərurspor | 13 | 4 | 3 | 6 | 25:17 | 15 | |
| 11 | Turan T | 13 | 4 | 3 | 6 | 18:16 | 15 | |
| 12 | Şahdağ | 13 | 3 | 2 | 8 | 12:27 | 12 | |
| 13 | Göyəzən | 13 | 1 | 2 | 10 | 7:27 | 5 | |
| 14 | Energetik | 13 | 1 | 2 | 10 | 6:53 | 5 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 12. Rəhman Musayev (Şərurspor) - 11. | |||||||
Fanat.az