"Qol vurub ümumi hesabı bərabərləşdirdik. Monrozun yaxşı ötürməsi bizi sevindirən avtoqolla nəticələndi. Amma sonra nə baş verdiyini anlaya bilmədim". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin yarımmüdafiəçisi Dion Malone deyib.
Avroliqanın III təsnifat mərhələsinin “Panatinaikos”la cavab oyunundan sonra (1:2) jurnalistlər önünə çıxıb: "Mümkün qədər yaxın oynamalı, rəqibin səhv edəcəyi anları dəyərləndirməliydik. Pressinq tətbiq etmək, müdafiəni unutmadan qol epizodları yaratmaq tapşırığı almışdıq.Top qonaqlarda olanda çox güc itirdik. Qrupda oynayacağımıza inanırdıq. Təəssüf ki, üzücü sonluqla qarşılaşdıq. İndi çempionata hazırlaşmalı, yenidən avrokuboklarda oynaya bilmək üçün ölkə birinciliyində sözümüzü deməliyik".
Fanat.Az