"Müdafiə xəttində çatışmazlıq var" - Təbriz Həsənov

"Müdafiə xəttində çatışmazlıq var" - Təbriz Həsənov
“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var".
Bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində Qazaxıstanla heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.
T.Həsənov bu turnirin onlar üçün əhəmiyyətli olduğunu bildirib: "Səhvlərimizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər