"Millini çalışdıra bilərəm" - Qvardiola gizlətmədi

"Millini çalışdıra bilərəm" - Qvardiola gizlətmədi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə millisini çalışdıra biləcəyini etiraf edib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Gələcəyimlə bağlı qərar verməliyəm. Burada qala, fasilə edə və millini çalışdıra bilərəm... Amma indi buradayam və mövsümün başlamasını səbirsizliklə gözləyirəm".

Daha öncə "The Independent" Li Karslini müvəqqəti olaraq millinin baş məşqçi postuna gətirən İngiltərə Futbol Assosiasiyasının gələn ilin yayında MS-dən ayrılacağı deyilən Qvardiolanı gözlədiyini açıqlayıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər