“Qarabağ”ın futbolçusu Riçard Almeydanın millidə oynamaq perspektiviylə bağlı saytımıza verdiyi açıqlamanı xatırlayarsız. Bir müddət öncə yığmanın baş məşqçisi Robert Prosineçkinin mətbuat vasitəsiylə göndərdiyi təklifi isti qarşılayan yarımmüdafiəçinin gələn ay AFFA rəhbərliyiylə görüşəcəyi də dəqiqləşib. Hazırda vətənində olan futbolçu Fanat.Az-a son olaraq bunları dedi:
“Azərbaycan yığmasında oynamaqdan qürur duyaram. Bunu əvvəllər də demişəm. Mənə etimad göstərir, milliyə layiq sayırlarsa, təbii ki, təklifi müsbət dəyərləndirəcəm. Artıq 5 ildi Azərbaycanda oynayıram. Bildiyimə görə hüquqi sənədləri də qaydaya salmaq problem yaratmayacaq”.
Riçi “sən də başqa “milliləşdirilmiş” futbolçular kimi himni oxumayacaqsan” sualına belə cavab verdi:
“Məncə, bu məsələlər haqda indidən danışmaq tezdi. Bu sualı indi cavablandırmaq istəmirəm”.
Fanat.Az