"Məndən söz almaq istəyirsiniz?"- Xaqani Məmmədov

"Məndən söz almaq istəyirsiniz?"- Xaqani Məmmədov

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının son iki turunda eyni referilərin yer almasına münasibət bildirib. 

Fanat.az xəbər verir ki, Xaqani Məmmədov "Report"a açıqlamasında belə təyinatların normal olduğunu deyib.

Onun sözlərinə görə, hər hansı baş hakim ardıcıl bir neçə turun oyunlarına təyinat ala və ya almaya bilər: "Burada nə var ki? Harada yazılıb ki, bir hakim hər tur təyinat almamalıdır? Belə məsləhət oldu. Mən başqa heç nə deyə bilmərəm. Növbəti turdan sonra danışarıq".

Komitə sədri Fariz Yusifov, Əliyar Ağayevin ardıcıl 2, Orxan Məmmədovun isə 3 tura təyinat almamaları ilə bağlı danışmaq istəməyib: "Cəzalanıblar? Hər şey ola bilər. Məndən söz almaq istəyirsiniz?"

Qeyd edək ki, Premyer Liqanın XX və XXI turlarının oyunlarını eyni referilər idarə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər