"Mən daha 10 il əvvəlki Runi deyiləm"- GEDİR

"Mən daha 10 il əvvəlki Runi deyiləm"- GEDİR

"Bilirəm, mən daha 10 il əvvəlki Runi deyiləm. Amma "tükənməmişəm", oynadığım komandaya kömək etməyə gücüm var". Fanat.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da baş tutacaq Şotlandiya - İngiltərə matçında oynamayacaq (yığmaya çağırılmayıb) Ueyn Runi deyib.

"Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonun müntəzəm oynatmadığı ulduz "Deyli Meyl"ə danışıb: "İngiltərədə iki klubun formasını geyinmişəm. Məni bu ölkənin üçüncü klubunda görməyəcəyinizə əmin olun. Müxtəlif ölkələrdən təkliflər almışam. Baş məşqçi isə qalmağımı istəyir. Amma qərarı ailəmlə məsləhətləşəndən sonra özüm verəcəm. Təbii ki, gedə bilərəm. Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, Runinin MY ilə olan müqaviləsinin müddəti 2019-cu ildə başa çatır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər