"Manunun yeri görünəcək"

"Manunun yeri görünəcək"

Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman qapıçı Manuel Noyerin milli karyerasını bitirməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Bild" onun sözlərini belə çatdırıb:

"Manuelin qərarını anlasam da, onun gedişi həm idman aspektində, həm də şəxsi anlamda böyük itkidir. Manu dünyada futbol tarixində heç bir qapıçıda olmayan oyun üslubu formalaşdırıb. Onun ustalıq səviyyəsi bizim sərgilədiyimiz futbolun ortaya çıxmasında həlledici rol oynayıb. Noyer böyük idmançı və əla oğlandır. Onunla tez-tez söhbət edirdim və şadam ki, gələcəkdə də belə imkanım olacaq. Manunun yeri görünəcək".

Xatırladaq ki, Noyer milli ilə vidalaşdığını dünən açıqlayıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər