"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov "Neftçi" üzərindəki qələbəni (3:2) şərh edib. Fanat.az xəbər verir ki, çalışdırıcı Bakıda da eyni əzmlə oynamağın vacibliyinə toxunub:
"Yetirmələr bütün tapşırıqları sonadək yerinə yetirdilər. Vəzifəmiz qələbə qazanmaq idi. Bu ilkin tapşırıqdı. Biz onun öhdəsindən gəlmişik. İndi cavab oyunu haqda düşünmək, bu günkü əsmkarlığı Bakıda da sonadək nümayiş etdirmək vacibdi. Buna inanıram. Belə oynasaq, yarımfinala adlayan tərəf "Xəzər Lənkəran" olacaq".
Fanat.az