Danimarka çempionatında V turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının pley-offunda “Qarabağ”ın rəqibi olan “Kopenhagen” növbəti oyununa çıxıb.
Kopenhagenlilər "doğma divarlar" arasında “Horsens”lə üz-üzə gəlib. 31-ci dəqiqədə qapısında qol görən "aslanlar" fasilədən sonra hesaba tarazlıq gətirib. Federiko Santander 77-ci dəqiqədə adını tabloya yazdırıb və oyun 1:1 hesabıyla yekunlaşıb.
Qeyd edək ki, 5 oyuna 6 xal yığan “Kopenhagen” turnir cədvəlində 14 komanda arasında 7-ci pillədədi.
Fanat.Az