"İsveçrəni təzyiq altında saxlamaq çətindir"

"İsveçrəni təzyiq altında saxlamaq çətindir"

Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final finalında İsveçrə seçməsinə qalib gələn (1:1, penaltilərlə 5:3) İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt qələbəni dəyərləndirib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Oyunçuların parlaq çıxış edəcəyini düşünürdüm. Biz onlara topla bağlı çox problem yaratdıq. İsveçrə həqiqətən yaxşı komandadır. Bu rəqibi təzyiq altında saxlamaq, onlara qarşı müdafiə olunmaq çətindir. Yaxşı hərəkətlər edirlər. Yenidən geridən gəldik, xarakter göstərdik. Yalnız yaxşı oynamaq deyil, digər məqamların hamısını göstərməlisiniz".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər