“Nəticə ədalətlidi. Hər iki oyunda rəqibdən üstün idik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis deyib.
Avroliqanın III təsnifat mərhələsinin cavab oyununda Afinada tək qolla yendiyi "Qəbələ"ni Bakıda 2:1 hesabıyla məğlubiyyətə uğradan Afina komandasının çalışdırıcısı matçdan sonra ənənəvi mətbuat konfransı keçirib. Mütəxəssis qələbəni şərh edib: "Oyuna yaxşı hazırlaşmışdıq. Avtoqoldan sonra futbolçularımızın özünəinamı itmədi. Toparlandıq və vəziyyəti xeyrimizə dəyişdik. Hər şey ürəyimcə oldu. "Qəbələ" zəif rəqib deyil. Sadəcə, biz onlara oynamaq imkanı vermədik. Evdə daha məhsuldar oynasaydıq, cütün taleyini vaxtından əvvəl həll edərdik".
Fanat.Az