"Hələ də çox üzgün və kədərliyəm" - Cud Bellingem

"Hələ də çox üzgün və kədərliyəm" - Cud Bellingem

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatının finalında İspaniya seçməsinə məğlub olmalarına (1:2) münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Real Madrid"in gənc ulduzu sosial şəbəkə hesablarında belə bir paylaşım edib:

"Finaldakı məğlubiyyəti həzm etməyə çalışıram, amma hələ də çox üzgün və kədərliyəm. Biz böyük rəqibə qarşı mübarizə apardıq və qələbə qazanmağı bacarmadıq. Tarixi nəticəyə bu qədər yaxın olmaq, ancaq bizi hər an dəstəkləyən ingiltərəli azarkeşləri sevindirə bilməmək çox ağrılıdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər