"Heç olmasa, 1 xal qazanmaq istəyirdik" - Ağadadaş Həmidov

"Heç olmasa, 1 xal qazanmaq istəyirdik" - Ağadadaş Həmidov
Premyer Liqanın XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul etdi. Fanat.az xəbər verir ki, oyun paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı. 
Oyunsonrası mətbuat konfransında "Xəzər Lınkəran”ın məşqçisi Ağadadaş Həmidov fikirlərini bildirib:
 
- Bildiyiniz kimi, ilk oyunum idi. Uşaqları oyuna çox yaxşı kökləmişdik. Heç olmasa, 1 xal qazanmaq istəyirdik. İkinci hissədə hücumda olsaq da, son nöqtəni qoya bilmədik. İkinci hissədə taktiki dəyişiklik etdik.
 
- Komandada ştatlı penalti vurmaq kimin ixtiyarındadı?
- Ştat üzrə penalti vuranımız Vüqar Bəybalayevdi. 
 
- Elbrus Məmmədovun gedişindən sonra Kamran Avdullazadə niyə komandaya qaytarıldı?
- Kamranın Elbrus müəllimlə heç bir problemi yoxdur. Tural Qürbətovu bu günkü oyunda oynada bilmədiyimiz üçün, Kamranı əsas komandaya cəlb etmişdim. (Futbolinfo.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər