"Gəlin buna birlikdə sevinək" - Kasper Yulmann

"Gəlin buna birlikdə sevinək" - Kasper Yulmann

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda keçirdikləri oyundan - Serbiya ilə matçdan (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Biz Danimarka futbolunu, müxtəlif klublarda əla iş görən minlərlə könüllüləri təmsil edirik. Hər kəsin komandasıyıq və buna sevinməliyik. Qrup mərhələsini keçdiyimiz üçün xoşbəxt olmalıyıq. Ona görə də gəlin buna birlikdə sevinək".

Qeyd edək ki, Danimarka C qrupunda ikinci yeri tutaraq 1/8 finala yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər