"Oyun gördüyünüz kimi, asan alınmadı. "Mladost" yaxşı komandaydı". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in qapıçısı Səlahət Ağayev deyib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Serbiya təmsilçisini 2 cavabsız qolla üstələyərək Lüksemburq "Fola"sına rəqib olan "ağ-göylər"in qapıçısı növbəti avrokubok oyunlarından danışıb:
"Oyuna ciddi hazırlaşmışdıq. Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çatdıq. İndi növbəti oyun haqda düşünmək olar. "Fola"nın necə komanda olduğunu bilmirəm. Lüksemburq futboluna yuxarıdan aşağı baxmaq olmaz. Birinci mərhələni keçiblərsə, deməli, zəif deyillər. Əlbəttə ki, rəqib haqda bizə informasiya veriləcək. Hansı səviyyədə olduqlarını isə meydanda görəcəyik".
Fanat.Az