"Finalda qələbə qazanmaq istəyiriksə..." - Luis de la Fuente

"Finalda qələbə qazanmaq istəyiriksə..." - Luis de la Fuente

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avropa çempionatının finalında İngiltərəyə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:

"İngiltərənin heyəti çox yaxşı futbolçulardan qurulub. Rəqib güclüdür. Onların futbolçularını ayrı-ayrılıqda dəyərləndirməyə ehtiyac yoxdur. Finalda qələbə qazanmaq istəyiriksə, özümüzün ən yaxşı versiyamız olmalıyıq".

Qeyd edək ki, İspaniya - İngiltərə qarşılaşması iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər