"Fənərbaxça" "Braqa"ya rəqib oldu - ispan və ingilis derbisi

"Fənərbaxça" "Braqa"ya rəqib oldu - ispan və ingilis derbisi
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 16 komanda 8 cütlüyü müəyyənləşdirib.
Türkiyənin turnirdəki tək təmsilçisi "Fənərbaxça" baş məşqçisi Vitor Pereyranın həmyerlilərinə - portuqaliyalılara rəqib olub. Belə ki, İstanbul klubu 1/4 finala vəsiqə uğrunda "Braqa"nı sınağa çəkəcək.
Bu mərhələdə iki ölkənin komandaları üz-üzə gələcək. Belə ki, İspaniyanın "Atletik" və "Valensiya", İngiltərənin isə "Liverpul" və "Mançester Yunayted" klubları bir-birinə rəqib olub. 
 
Avropa Liqası
1/8 final
Şaxtyor (Ukrayna) - Anderlext (Belçika)
Bazel (İsveçrə) - Sevilya (İspaniya)
Vilyarreal (İspaniya) - Bayer (Almaniya)
Atletik (İspaniya) - Valensiya (İspaniya)
Liverpul (İngiltərə) - Mançester Yunayted (İngiltərə)
Sparta (Çexiya) - Latsio (İtaliya)
Borussiya (Dortmund, Almaniya) - Tottenhem (İngiltərə)
Fənərbaxça (Türkiyə) - Braqa (Portuqaliya) 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər