"Düşünürəm ki, bu, bizdə uğurlu alındı" - Sadıqov "Şerif" üzərində qələbəni şərh etdi

"Düşünürəm ki, bu, bizdə uğurlu alındı" - Sadıqov "Şerif" üzərində qələbəni şərh etdi

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Şerif" (Moldova) üzərində qazandıqları qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:

"İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq üçün şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin öz gücümüzü bir az artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir. Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir".

Qeyd edək ki, "qartallar"ın yeganə qpluna matçın 88-ci dəqiqəsində Davit Voklov imza atıb. "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra Mərdəkandakı “Liv Bona Dea Arena"da baş tutacaq. Görüş saat 20:00-da start götürəcək..

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər