"Debütantıqsa, qorxuludu"- Dino Ndlovu

"Debütantıqsa, qorxuludu"- Dino Ndlovu

“Çempionlar Liqasında oynamaq möhtəşəm duyğulara meydan verir. Amma debütantıqsa, deməli, bu, bizim üçün həm də qorxuludu”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu “Kickoff” nəşrinə açıqlamasında deyib.

 

Ndlovu mübarizəyə hazır olduqlarını vurğulayıb: “Püşkatmada bəxtimizin gətirdiyini deyə bilmərəm. Çox çətin qrupa düşdük. Ancaq “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalara qarşı həmişə oynamaq şansın olmur. Nəyə qadir olduğumuzu göstərmək üçün əla imkandı”.

 

CAR millisinin forvardı qrupdakı rəqiblərə başağrı olmağa çalışacaqlarını söyləyib: “Təzyiq və əlavə həyəcan olmayacaq. Qrupda heç bir iddiamız yoxdu. İlk dəfə bu mərhələdə iştirak edəcəyimizdən, Çempionlar Liqası bizim üçün yaxşı təcrübə sayılacaq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər