"DÇ-yə yollanmaq şansımız çox azdı"- Lars Laqerbek

"DÇ-yə yollanmaq şansımız çox azdı"- Lars Laqerbek

“Şimali İrlandiya qələbəni oyunuyla haqq etdi. Britaniyalılat qrupdakı mübarizəni ikinci yerdə bitirməyə daha yaxındı”. Fanat.Az xəbər verir ki, bu sözləri Norveç yığmasının isveçli baş məşqçisi Lars Laqerbek deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Norveç dünən səfərdə Şimali İrlandiyaya 0:2 hesabıyla yenilib. “Vikinqlər”in çalışdırıcısı oyunu dəyərləndirib: “Birinci yarıda pis oynadıq. Məhz buna görə fasiləyədək 2 qol “yedik”. İkinci hissədə isə pis görünmürdük”.  

 

68 yaşlı mütəxəssis mundiala yollanmaq şanslarının az olduğunu qabardıb: “Dünya çempionatına qatılmaq şansımız çox azdı. İndiki məqamda realist olmalıyıq. Mövqeyimiz göz qabağındadı”.

 

Qeyd edək ki, 5 oyuna 3 xal yığan Norveç millimizin də yer aldığı C qrupunda 5-ci pillədədi.

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər